Rusiyada ölkəmizin səfiri ilə görüş

Rusiyada ölkəmizin səfiri ilə görüş

Azərbaycan idman akademiyasının rektoru Fuad Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya rəsmi səfərində Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, söhbət zamanı 2 ölkə arasında ali təhsil və idman elmləri sahəsində əməkdaşlığın inkişafı, eləcə də beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Səfir, Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq platformalarda fəal təmsil olunmasının vacibliyini qeyd edib.

Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə fikir mübadiləsi aparıblar.

Həmin kateqoriyadan