VİDEO
“Ruslan ilk maaşından evə çilçıraq aldı”

“Zirə”nin futbolçusu Ruslan Abışov və ailəsi İctimai TV-də yayımlanan “Gəl, qonaq ol” verilişində qonaq olub. Allsport.az xəbər verir ki, Abışovun anası oğlunun uşaqlığından danışıb.

O bildirib ki, Ruslanın futbola böyük həvəsi olub və topla evdəki çilçıraqları qırıb:

“Ruslan topla evdə çilçıraqları qırardı. İşdən evə gələndə görürdüm ki, hansısa qırılıb. Futbolda ilk maaşı 175 manat olmuşdu. Onu gətirdi və mənə verdi. Dedim ki, bəlkə özünə xərcləyəsən? Dedi ki, yox, buna ev üçün çilçıraq al”.

Həmin kateqoriyadan