Ruslan Lunyov: Dünya kubokunda mükafatçılar sırasına düşməyim mənə sürpriz oldu

Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə dünya kubokunda 25 metr məsafəyə atəşaçma bürünc medal qazanan Ruslan Lunyov ilə martın 5-də Gənclər və İdman Nazirliyində görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Ölkə çempionu fərqlənməsinin ona gözlənilməz olduğunu deyib. O, qarşıda dünya və Avropa çempionatlarının, 4-cü İslam həmrəyliyi oyunlarında da nəticə üçün çalışacağını deyib.

Həmin kateqoriyadan