“Səbail”in 4 futbolçusu öz ölkələrinin yığmasına çağrılıb

“Səbail”in 4 futbolçusu yığma komandalardan aldığı dəvətlə əlaqədar düşərgəsini tərk etməyə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, Rahil Məmmədov Azərbaycan millisinə dəvət alıb. O, Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarında meydana çıxmaq fürsəti qazana bilər.

Fəhmin Muradbəyli U-21-in heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kosovo və İrlandiya milliləri ilə matçlara çıxmaq imkanı qazanıb.

Tamaz Tsetsxladze qitə çempionatının seçmə mərhələsində Farer Adaları və Danimarka yığmaları ilə görüşlər üçün Gürcüstanın U-21 millisinə çağrılıb.

Ayrton Stati də Kurasao Boliviya millisi ilə 2 yoldaşlıq oyununa dəvət alıb.

Həmin kateqoriyadan