- Baxış sayı: 34
- 29 Sentyabr 2026 23:54
- Baxış sayı: 89
- Sentyabr 29, 2026
- 0

İngiltərə premyer liqası “Mançester Siti”nin maliyyə qaydalarını pozması ilə bağlı qərar açıqlayıb.
Allsport.az xəbər verir ki, liqanın yaydığı məlumatda klubun 9 mövsüm ərzində maliyyə qaydalarını pozduğu və araşdırma zamanı əməkdaşlıq öhdəliklərini yerinə yetirmədiyi bildirilib.
Premyer liqanın açıqlamasına əsasən, “Mançester Siti” bəzi kommersiya tərəfdaşları ilə gəlirləri süni şəkildə artırmaq və xərcləri aşağı göstərmək məqsədilə saxta müqavilələr imzalayıb.
Həmçinin klubun maliyyə vəziyyəti ilə bağlı audit qurumlarına və futbol orqanlarına saxta maliyyə hesabatları təqdim etdiyi qeyd olunub.
Bundan başqa, “Mançester Siti”nin premyer liqa və UEFA-nın maliyyə xərcləri limitlərini əhəmiyyətli dərəcədə aşdığı bildirilib.
Liqanın məlumatına görə, klub araşdırma prosesində əməkdaşlıq etməyib və xoş niyyət öhdəliklərini dəfələrlə pozub.
“Mançester Siti” isə yaydığı açıqlamada qərardan məyus olduğunu bildirib. İngiltərə klubu özünü günahsız hesab etdiyini və qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.