Şəhriyar Rəhimov “Qarabağ”a qarşı oynaya bilməyəcək

Ölkə çempionatın 24-cü turunda “Qarabağ”a qarşı görüşünü cəza səbəbindən buraxacaq Şəhriyar Rəhimov, cari mövsümdə ilk dəfə “Kəpəz”ə kömək edə bilməyəcək. Allsport.az saytı xəbər verir ki, buna kimi bütün oyunlarda əsas heyətdə çıxış etmiş müdafiəçi bununla bağlı kapazpfc.az saytına açıqlama verib:

“Mənim yoxluğum düşünmürəm ki, komandanın oyununa təsir etsin. Matçın taleyini tək başına həll edən futbolçu deyiləm. Yerimdə oynayacaq həmkarı komandaya maksimum şəkildə faydalı olmağa çalışacaq.

Əsas odur ki, “Kəpəz” son turlardakı uğurlu çıxışını davam etdirə bilsin. Çempionatda bundan əvvəlki matçlarda forma geyinmişəm. Təbii ki, bütün qarşılaşmalarda oynamaqla fərqlənmək istərdim”.

Həmin kateqoriyadan