“Bakı alovları”nın boksçusu reytinqdə 1-cidir

Ümumdünya Boks Seriyasında (WSB) 5 turdan sonra fərdi reytinq cədbəli açıqlanıb. Allsport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində dünya və Avropa çempionu Albert Səlimov 10 xalla rusiyalı Adlan Abduraşidovla 1-2-ci yerləri bölüşür.

Milli komandamızın üzvü Heybətulla Hacəliyev hələ ki 64 kq çəki dərəcəsində sıralamada 5-ci yeri tutur. Həmyerlimizin aktivində 5 xal var. Həmin çəki dərəcəsində lider kubalı Yasiner Toledodur.

91 kq çəki dərəcəsində Abdulqadir Abdullayev də 5-ci pillədədir. 10 xal toplayan boksçumuz Vasili Levit (Qazaxıstan), İqor Yakubovski (Polşa), Denis Poyatsıka (Ukrayna) və Erislandi Savondan (Kuba) geri qalır.

Superağır çəki dərəcəsində çıxış edən Arslanbek Mahmudov 10 xalla Filip Hrqoviçlə (Xorvatiya) birgə reytinqdə 2-3-cü yerləri bölüşür. +91 kq-da 1-ci yeri Britaniya idmançısı Cozef Coys tutur.

Qeyd edək ki, 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci yeri tutan boksçular, digər çəki dərəcələrində isə 1-2-ci yerdə olanlar Rio Olimpiadasına vəsiqə qazanacaqlar.

Həmin kateqoriyadan