- Baxış sayı: 28
- 22 İyun 2026 23:07
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0

Premyer liqasının 11-ci turunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” hazırlığın Bakı hissəsini bu gün başa vurub.
Allsport.az saytı xəbər verir ki, həftənin əvvəlindən paytaxtda təlim keçən “sarı-göylər”in oyun öncəsi son məşqi Gəncədə olacaq.
Sabah Nizami yurduna gələcək komanda matçın keçiriləcəyi şəhər stadionunda məşqə çıxacaq. Hazırlıq saat 16:00-a təyin olunub. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.