“Sağsağanlar”da ciddi itki

“Sağsağanlar”da ciddi itki

“Nyukasl”ın yarımmüdafiəçisi Coelinton uzun müddətlik sıradan çıxıb.

Allsport.az xəbər verir ki, klubun baş məşqçisi Eddi Hounun sözlərinə görə, 27 yaşlı yarımmüdafiəçi omba nahiyəsindən aldığı zədə səbəbindən ən azı 6 həftə meydana çıxa bilməyəcək.

Futbolçu İngiltərə kubokunda “Sanderlend”lə matçda (3:0) zədələnib. Bu mövsüm o, bütün turnirlərdə 23 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan