Şahin Diniyev 3 gənc futbolçunu əsas komandaya dəvət edib

“Kəpəz”in əvəzedici heyətinin 3 üzvü əsas komandaya dəvət alıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçilər Yusif Cəfərov, Əli Səmədov və hücumçu Fərid Məmmədov məşqçilər korpusunun etimadını qazanıb.

Adı çəkilənlər daimi qaydada əsas komandanın tərkibində yer alacaq və qarşıdakı mövsüm üçün tam hüquqlu üzv olacaqlar.

Qeyd edək ki, ötən çempionat ərzində hər 3 futbolçu ara-sıra əsas heyətə cəlb olunaraq adları iştirak ərizəsinə salınıb. Yay və qış toplanışı müddətində kollektivin tərkibində olub.

Həmin kateqoriyadan