Şahin Diniyev: Avroliqa yolunda şanslarımız itməyib

“Kəpəz” klubu premyer liqanın 22-ci turunda “Zirə” ilə oyunun hazırlığını başa vurub. Allsport.az saytı xəbər verir ki, Gəncə komandasının baş məşqçisi Şahin Diniyev qarşıdakı bu matçla bağlı bunu deyib:

“Həmişə olduğu kimi, bizi yenə çempionatda gərgin oyun gözləyir. “Zirə” turnir cədvəlində 4-cü pillədə qərar tutub. Rəqibimiz güclü futbolçulardan qurulmuş, formalaşmış komandadır. Hər bir xətdə yaxşı oyunçuları var.

Biz evdə məğlubiyyətsiz oyunlarımızı davam etdirmək, uğurlu nəticə qazanmaq üçün meydana çıxacağıq. Mənə elə gəlir ki, Avroliqa yolunda şanslarımız itməyib, ona görə də bizim üçün ən çətin oyunlardan biri olacaq. Gec də olsa, sabah azarkeşlərimizi nəhayət ki, qələbə ilə sevindirməyə çalışacağıq”.

Həmin kateqoriyadan