Şahin Diniyev: Beş futbolçumuzun birdən-birə oynamaması öz təsirini göstərir

Şahin Diniyev : “Çempionatın sonunda bu xal bizə lazım olacaq”

Premyer liqanın 11-ci turunda Gəncədə Sumqayıtın eyni adlı komandasını qəbul edən “Kəpəz” qonaqların müqavimətini qıra bilməyib. Allsport.az saytı xəbər verir ki, 0:0 hesabı ilə bitən görüşdən ev sahiblərinin baş məşqçisi Şahin Diniyev mətbuat konfransında bunu deyib:

“Oyun gərgin şəraitdə keçdi. “Sumqayıt”la matçlarımız belə keçir. “Kəpəz”in heyətində böyük problemlər var, buna görə də əvəzedici komandadan futbolçular çağırmışdıq. Beş oyunçunun birdən-birə olmaması öz təsirini göstərir. İlk yarıda qol vəziyyətlərindən istifadə edə bilmədik, fasilədən sonra isə azlıqda qaldıq. Bundan sonra arxa xəttə fikir verməyə başladıq.

Bu bir xal da, xaldır. Çempionatın sonunda bu xal bizə lazım olacaq. Çoxdan oynamayan uşaqlar meydançaya çıxmışdılar. Məncə, pis oynamadılar. Cəzalı və zədəli olanlar heyətə qayıtdıqdan sonra komanda öz oyununu tapacaq və qələbələr olacaq. Kərimin ikinci sarı vərəqə almasına görə təəssüflənirəm. Sonuncu epizodda topa müdaxilə idi, sarını verməmək olardı. Qarşıdakı oyunlara ciddi hazırlaşmalıyıq”.

Həmin kateqoriyadan