Şahin Diniyev: “Biz liderlərə yaxınlaşmaq üçün 3 xala oynayacağıq”

Premyer liqada sabah qış fasiləsi başa çatır. Allsport.az saytı xəbər verir ki, mövsümün ikinci yarısı 3-cü dövrənin oyunları ilə start götürəcək. Gəncənin “Kəpəz” klubu 15-ci turda səfərdə meydana çıxacaq. “Sarı-göylər” Bakıda “İnter”in qonağı olacaq. “Bankçılar”la oyun öncəsi baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına açıqlama verib:

“Son iki mövsümdə “İnter” ilə aramızda gərgin mübarizə gedir, çox heç-heçələr və minimal hesabla uduzduğumuz oyunlar olub. İlk dövrədə Bakıda oynadığımız matçda qələbəyə biz yaxın idik. Rəqib son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas oldu.

Yenə tərəfləri meydanda çətin oyun gözləyir. Xal qazanmaq hər iki komandaya lazımdır. Əgər “İnter” qələbə ilə yerini möhkəmləndirməyə çalışacaqsa, biz liderlərə yaxınlaşmaq üçün 3 xala oynayacağıq. Turnir cədvəli baxımından gərgin görüş gözlənilir. Əvvəlki matçlardan geri qalmayacaq oyun olacaq. Azarkeşlər də bu mübarizənin şahidi olacaqlar”.

Həmin kateqoriyadan