Şahin Diniyev: Liderlərdən uzaqlaşmamaq üçün, “İnter”lə oyunda uğur qazanmalıyıq

Premyer Liqanın 9-cu turunda Gəncə şəhər stadionunda Bakı “İnter”ni qəbul edəcək “Kəpəz” klubu, qarşıdakı oyunun hazırlıqlarını başa vurub. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev bu matçla bağlı açıqlama verib:

“İnter”lə oyunumuz həmişə çətin alınıb. Rəqib yüksək səviyyəli futbolçulardan qurulmuş heyətə malikdir. Onlara qarşı oynamaq hamı üçün çətindir. Liderlərdən uzaqlaşmamaq üçün, bu oyunda uğur qazanmalıyıq. Oyunun mahiyyəti bəllidir.

Mən deyərdim ki, bizim üçün 6 xallıq oyun olacaq. Çox çalışmalıyıq, heyətlə də bağlı problemlərimiz var. Əsas heyətin üç üzvü oynamayacaq. Heyəti kasad olan komanda üçün böyük itkidir. Əvəzedicilərdən üç oyunçu dəvət edəcəyik. Amma bu amil bizim üçün səbəb olmamalıdır”.

Həmin kateqoriyadan