Şahin Diniyev: Nəticədən yox, oyundan razıyam

Bu gün “Qarabağ” ölkə çempionatının 18-ci turu çərçivəsində Gəncədə “Kəpəz”i 1:0 hesabı ilə məyus edib. Allsport.az saytı xəbər verir ki, oyunundan sonra məğlub komandanın baş məşqçisi Şahin Diniyev bunu söyləyib:

“Meydanda bir-birinə güzəştə getmək istəməyən iki rəqib vardı, hamı xal, qələbə qazanmağa çalışırdı. Sadəcə, adi bir epizodda ustalıq oyunun taleyini həll etdi. 90 dəqiqə gərgin mübarizə getdi. Mənə elə gəlir ki, heç-heçə ədalətli nəticə olardı. Bu oyun bizim üçün dönüş nöqtəsi idi. Futbolçular yavaş-yavaş özlərinə gəlir.

Nəticədən yox, oyundan razıyam, uşaqlar meydançanın hər qarışı uğrunda vuruşdular. İrəli baxmaq lazımdır, komandanın oyunu var və nəticə də gələcək. Evdə daha çox oyun keçirəcəyik. Odur ki, səfərdə itirdiyimiz xalları yığmaq imkanımız olacaq. Komanda çətin psixoloji durumdan çıxa bildi. Rəqibi də qələbəyə görə təbrik edirəm”.

Həmin kateqoriyadan