Şahin Diniyev: “Neftçi” ilk 2 dövrəyə nisbətən indi daha güclüdür

“Kəpəz” premyer liqanın 25-ci turunda “Neftçi” ilə keçiriləcək oyunun hazırlığını tamamlayıb. Allsport.az saytı xəbər verir ki, bu gün keçirilən son məşqdən sonra komandanın baş məşqçisi Şahin Diniyev tarixi derbi ilə bağlı fikini kapazpfc.az-la bölüşüb:

“Rəqibimiz ilə turnir cədvəlində qonşu pillədəyik. Aramızda böyük olmayan xal fərqi var. Bunu aradan götürmək üçün Gəncədə mütləq qələbə qazanmalıyıq. Bunun üçün də meydanda çox çalışmaq lazımdır. Odur ki, sabah gərgin oyun olacaq. “Neftçi” ilk 2 dövrəyə nisbətən indi daha güclüdür, yaxşı oyunçuları var. Azarkeşlər maraqlı görüşə tamaşa edəcəklər.

Ümumiyyətlə, ölkənin iki ən köklü klubu qarşılaşır və bu oyunlar derbi sayılır. Bizim futbolçular bunu yaxşı başa düşürlər. Komandalar həmişə bir-birinə qarşı prinsipial rəqib olub, aralarında güzəştsiz mübarizə gedib. Sabah da yəqin belə olacaq”.

Həmin kateqoriyadan