Şahin Diniyev: Qoy azarkeşlər stadiondan sevinc hissləri ilə ayırlıb, yeni mövsümü gözləsinlər

Premyer liqanın 28-ci turunda doğma meydanda “İnter”lə qarşılaşacaq “Kəpəz” hazırlığı tamamlayıb. Allsport.az saytı xəbər verir ki, qarşıdakı oyunla bağlı Gəncə klubunun baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib:

“Əvvəlcə bütün “Kəpəz” azarkeşlərinə təşəkkürümü bildirirəm. Onlar bu mövsüm də bizi tək qoymayıb sonadək dəstəklədilər. Enişli və yüksəlişli günləri birgə keçirdik, uğur da oldu, uğursuzluq da. Ən diqqət çəkən məqam odu ki, fanatlar uğursuzluq olanda da bizim arxamızda durdular.

Təbii ki, son oyunda biz də qələbə qazanmaqla mövsümü yüksək notlarla başa vurmaq istəyirik. Qələbəyə yaxınıq, son dövrədə 5 oyunda qalib gəlmişik. Bu amil komandanın gücündən xəbər verir. Son oyunda da azarkeşləri sevindirməyə çalışacağıq. Qoy onlar stadiondan sevinc hissləri ilə ayırlıb, yeni mövsümü gözləsinlər”

Həmin kateqoriyadan