Şahin Diniyev: “Sumqayıt” üzərində qələbə bizi 4-cü pilləyə yüksəldə bilər

Premyer liqanın 11-ci turunda keçiriləcək “Kəpəz” – “Sumqayıt” oyunu öncəsi Gəncə klubunun baş məşqçisi Şahin Diniyev fikirini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, bunu qarşıdakı matçla bağlı söyləyib:

“İtkilərlə bağlı məsələ artıq arxada qalıb. Bunu düşünsək, gərək sabah oyuna çıxmayaq. Heyətdə olan futbolçulardan maksimum şəkildə istifadə etməyə çalışacağıq. Gəncə azarkeşlərini sevindirmək istəyirik, ona görə də itkiləri düşünmürük.

Digərləri onları əvəzetməyə çalışacaqlar. Bizim üçün ən çətin oyunlardan biri olacaq. Əsas heyətdən futbolçuların olmaması və komandanın turnir cədvəlindəki vəziyyəti bizi sevindirmir. Qazanılacaq qələbə bizi 4-cü pilləyə yüksəldə bilər və bununla da uğurlu başlanğıcın əsasını qoya bilərik”.

Həmin kateqoriyadan