Şahin Diniyevin köməkçisi bilinib

“Kəpəz”in əsas komandasının məşqçilər korpusunda yeni təyinat olub. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək.

O, baş məşqçi Şahin Diniyevin köməkçisi olacaq. “A” kateqoriyasına malik mütəxəssis ilə bir il müddətinə müqavilə bağlanacaq.

Vaxtilə futbolçu, karyerasını başa vurduqdan sonra isə məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib.

Həmin kateqoriyadan