“Şahmatlı bəbirlər” Kamran Ağayevlə rəsmən yolunu ayırdı

“Boavişta” Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə rəsmən yolunu ayırıb. Allsport.az saytı xəbər verir ki, bu barədə klubun “Facebook” səhifəsində məlumat verilib. 31 yaşlı qolkiperlə mövsümün sonunadək nəzərdə tutulan müqaviləyə xitam verilib. Azarkeşlər bu bilginin altına şərh yazaraq, ona gələcək karyerasında uğurlar arzulayıblar.

Həmyerlimiz Portuqaliya komandasının heyətində  yanvarın 15-də “Benfika” ilə oyunda meydana çıxıb. O, Həmyerlimiz həmin matçda rəqib futbolçularla dalaşdığı üçün 3 oyunluq cəzalandırılmışdı. Ondan sonra onu heyətdə görən olmayıb.

Kamran Ağayev “şahmatlı bəbirlər”ə mövsümün əvvəllərində transfer olunmuşdu. İndi “Boavişta”da yalnız bir azərbaycanlı futbolçu, Emin Mahmudov qalıb.

Həmin kateqoriyadan