“Salahı hər gün görənlər onun necə zəhmətlə çalışdığının şahidi olurlar”

Allsport.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold komanda yoldaşı Məhəmməd Salah haqda danışıb:

“Salahı hər gün görənlər onun necə zəhmətlə çalışdığının şahidi olurlar. Qollar, asistlər və rəqəmlər hamısı bundan xəbər verir. Amma nəvələrimə onun haqqında danışanda qol və ötürmələrdən deyil, onun necə işlədiyindən, ətrafındakıları necə ruhlandırdığından, necə nümunə və lider olmasından danışacağam”.

Həmin kateqoriyadan