Samir Abbasov: Allah eləməsin, bu gün məğlub olsaydıq, nələr ola bilərdi…

“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov premyer liqanın 19-cu turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra bunu söyləyib:

“Həddindən artıq çətin, komandamızın adına layiqli qələbə oldu. Şükür Allaha ki, bu gün 3 xal əldə etdik. Allah eləməsin, bu gün məğlub olsaydıq, nələr ola bilərdi… Arxadan gələn rəqibin təzyiqi vardı. Məğlubiyyət xal fərqinin daha da azalması demək idi.

Əvvəllər bu duruma düşmədiyimizdən komandanı necə motivasiya edəcəkdik, bunu bilmirdik. Ona görə də bir az qorxu, həyəcan vardı. Ancaq bunlar olmadı. Sevindirici haldır ki, çox yaxşı oynadıq. Məşqlərdəkilərin hamısı alındı. Qələbəyə layiq idik, bunu da qazandıq”.

Həmin kateqoriyadan