Sanço keçmiş klubuna qayıda bilər

“Mançester Yunayted”, Dortmund “Borussiya”sının və Niderland millisinin hücumçusu Doniel Maleni heyətinə qatmaq niyyətindədir.

Allsport.az xəbər verir ki, almanlar futbolçunu 30 milyon avroya satmağa və ya əvvəllər Dortmundda çıxış etmiş “qırmızı şeytanlar”ın hücumçusu Ceydon Sanço ilə dəyişməyə razıdırlar. Ötən gün klubların nümayəndələri arasında görüş təşkil olunub.

Bu mövsüm Malen bütün turnirlər daxil olmaqla 19 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı 24 yaşlı vingeri 35 milyon avro dəyərində qiymətləndirir.

Sançonun isə bu mövsüm premyer liqada cəmi 3 oyunu var. “Transfermarkt” portalı 23 yaşlı ingilis futbolçuya 32 milyon avro qiymət təyin edib.

Həmin kateqoriyadan