- Baxış sayı: 24
- 03 Noyabr 2026 15:50
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Leypsiq” qış transfer pəncərəsində heyətinə yeni hücumçu qatmağı planlaşdırır.
Allsport.az xəbər verir ki, Almaniya təmsilçisi “Mançester Yunayted”in forvardı Ceydon Sançonu transfer etmək üçün kluba rəsmi təklif göndərib.
İngiltərəli futbolçu “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqla yola getmədiyi üçün heyətdən kənarda qalıb. Bu səbəbdən onun qışda komandanı tərk etməsi gözlənilir.
Sançonun illik maaşı isə 17 milyon funt-sterlinqdir.