“Simurq” “Qarabağ”la oyuna bir itki ilə çıxacaq

Tarixində ilk dəfə ölkə kubokunun 1/2 final mərhələsinə vəsiqə qazanan “Simurq” bu gün həlledici oyununa çıxır. Allsport.az xəbər verir ki, ilk qarşılaşmada “Qarabağ”a səfərdə 0:1 hesabı ilə məğlub olan Zaqatala klubu bu gün məşqləri tamamlayıb.

Son məşqdə bütün futbolçular iştirak edib. Ancaq Zaqatala təmsilçisi son çempionla görüşə ciddi itki ilə çıxacaq. Komandanın kapitanı İlkin Qırtımov sarı vərəqə limitinə görə bu matçda forma geyinə bilməyəcək.

Qeyd edək ki, “Simurq” – “Qarabağ” matçı saat 18:00-da start götürəcək.

Həmin kateqoriyadan