Son 10 ilin ən zəif məhsuldarlığı

“Barselona” 2023-cü ildə son matçını keçirib.

Allsport.az xəbər verir ki, kataloniya klubu la liqanın 18-ci turunda səfərdə “Almeriya”nı 3:2 hesabı ilə məğlub edib. 2023-cü ildə “narıncılar” ümumilikdə 56 oyun keçirib, 36 qələbə qazanıb, 9 heç-heçə edib və 11 məğlubiyyət alıb. İl ərzində kataloniyalılar 101 qol vurub, 55-ni buraxıb.

Maraqlıdır ki, “Barselona” ardıcıl ikinci dəfə bir ildə 101 qol vurmağı bacarıb. Bu, son 10 ildə ikinci ən pis nəticədir – klub yalnız 2020-ci ildə daha az qol vurub (99). Ən yaxşı nəticə 2015-ci ildə “blauqrana”nın 180 qol vurduğu vaxt göstərilib.

Həmin kateqoriyadan