Son 4 mövsümdə 3-cü dəfə eyni üçlük – inkişaf, yoxsa tənəzzül?

Premyer liqada 27-ci turun son oyunundan sonra bütün mükafatların sahibləri bəlli olub. Allsport.az saytı xəbər verir ki, qızıl medallara yiyələnən “Qarabağ”dan sonra “Qəbələ” 2-ci, “İnter” 3-cü yeri tutub. Adı çəkilən komandalar son 4 mövsümdə 3-cü dəfə mükafatçılar sırasında yer alıb.

2013/14 və 2014/15 illərdə də bu klublar medallara yiyələnmişdi. Amma həmin vaxt gümüş “İnter”in, bürünc “Qəbələ”nin olmuşdu. Son 3 mövsümdə 3-cü pilləyə çıxan Qəbələnin eyniadlı klubu ardıcıl 4-cü dəfə mükafatçılar sırasına düşüb. Əyalət klubu tarixində 4-cü medalını və ilk gümüşünü əldə edib.

“İnter” isə bürünc sayında “Qəbələ”yə çatıb. 3 dəfə üçüncü olan bakılılar 2 qızıl və 3 gümüş medala da yiyələnib. Ümumilikdə isə paytaxt futbolçuları 8-ci dəfə mükafata sahib olub.

Qeyd edək ki, indiyədək 25 ölkə çempionatından 24-də mükafatçılar müəyyənləşib. 2001/02 mövsümündə klublar çempionatı davam etdirməkdən boyun qaçırıb, yarışı yarımçıq qoyublar. Klublar çempionatın qalan hissəsini qanunsuz şəkildə özbaşına təşkil edib, sona çatdırsa da, həmin nəticələr FİFA, UEFA, AFFA və PFL tərəfindən tanınmayıb.

Həmin kateqoriyadan