“Strandja” beynəlxalq turnirində 

Fevralın 20-də Bolqarıstanın paytaxtı Sofiyada boksçuların “Strandja” beynəlxalq turniri start götürəcək. Allsport.az saytı xəbər verir ki, 7 gün davam edəcək ənənəvi “A” kateqoriyalı yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Kişilərin mübarizəsində məşqçi Etibar Abdullayevin rəhbərliyi ilə rinqə yığmanın 2 üzvü çıxacaq: Malik Həsənov (63,5) və Məhəmməd Abdullayev (+92 kq).

Qadınların yarışında baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev 6 boksçuya fürsət verəcək – Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq).

Turnirin hakimləri sırasında isə Emil Qurbanəliyev də yer alacaq.

Həmin kateqoriyadan