Subaşiçli “Manisaspor”dan daha bir məğlubiyyət

Türkiyə kubokunda qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası – “Manisaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Super Liqa təmsilçisi “Trabzonspor”la qarşılaşıb. Trabzonlulara səfərdəki oyunda 0:9 hesabıyla uduzan PTT 1-ci Liqa təmsilçisi bu dəfə normal hesabla məğlub olub – 0:2. Start heyətdə meydana çıxan Subaşiç qarşılaşmanın 83-cü dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, “Manisaspor” 4 oyundan sonra 3 xalla qrup sonuncusudur.

Həmin kateqoriyadan