- Baxış sayı: 35
- 08 May 2026 16:55
- Baxış sayı: 238
- May 08, 2026
- 0

Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku” davam edir.
Allsport.az xəbər verir ki, yarışda artıq yarımfinalçıların adlarına aydınlıq gəlib.
Azərbaycan yığmasınln boksçusu Sübhan Babayev (60 kq) Simonas Puniskisin (Litva) ardınca 1/4 finalda almaniyalı Nur Zakaryeni də məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Yarımfinala yüksəlməklə özü üçün bürünc medalı təmin edən Babayev bu mərhələdə Mattia Turrinlə (İtaliya) qarşılaşacaq.
Yarışa avqustun 2-də yekun vurulacaq.