- Baxış sayı: 35
- 22 İyun 2026 15:42
- Baxış sayı: 81
- İyun 26, 2026
- 0

Boks federasiyasının vitse-prezidenti Süleyman Mikayılov yenidən AİBA-nın büro üzvü seçilib.
Allsport.az saytı xəbər verir ki, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının ən ali qurumu hesab olunan bu qurum cəmi 7 – prezident Qafur Rəhimov, 2 vitse-prezident və icraiyyə komitəsinin 4 üzvündən ibarətdir. Həmyerlimiz bu vəzifəni 4 il icra edəcək.
Büro dünya boksunda ən vacib məsələləri – bu idman növünün inkişafı, yeni qaydaların müəyyənləşdirilməsi, maliyyə və idarəetmə məsələlərini İcraiyyə Komitəsinin gündəliyinə çıxarmaq səlahiyyətinə sahibdir.