- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

Ölkə çempionatında 20-ci tur bitib. Allsport.az saytı xəbər verir ki, son oyun günündə 3 görüş baş tutub. “Zirə” doğma meydanda “Səbail” ilə qarşılaşıb. “Qartallar” debütantın müqavimətini qıra bilməyib və görüş 1:1 sona çatıb.
Turun mərkəzi matçında “Neftçi” və “Qarabağ” üz-üzə gəliblər. Bayraqdar üstün oynasa da, rəqibə qol vura bilməyib (0:0).
Son qarşılaşmada “Sumqayıt” evdə “Kəpəz”i qəbul edib. Oyunda hesabı autsayder açıb. Amma qalan dəqiqələrdə 2 top vuran “kimyaçılar” yarış cədvəlində “Zirə”ni 3-cü pillədən aşırıb.