- Baxış sayı: 52
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Bu gün “Sumqayıt” Antalyada sonuncu yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Samir Abbasovun komandası cari avrokubok mövsümündə Bakı “İnter”inin darmadağın etdiyi Serbiya “Mladost”u ilə qarşılaşıb.
Görüş rəqibin böyük hesablı qələbəsilə yekunlaşıb (4:0). “Mladost” hazırda yerli çempionatda 9-cu pillədədir.
“Kimyaçılar” öncə Rumıniyanın “Konkordiya” (0:1), Makedoniyanın “Akademiya Pandev” (1:1) və Rusiyanın “Anji” (0:1) klublarına qarşı oynayıb.