“Sumqayıt” futbol məktəbinin üzvləri arasında şahmat turniri

“Sumqayıt” futbol klubu və “Məmmədyarovlar” şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Kapital bank arena”da məşqçi və futbolçu heyəti arasında (U-10-dan U-19-dək) şahmat turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, növbəti aylar ərzində ənənəvi olaraq keçirilməsi planlaşdırılan ilk yarış günündə akademiyanın 18 üzvü iştirak edib.

Turnirin keçirilməsində əsas məqsəd, futbolla şahmatın vəhdətini təşkil etməklə yanaşı gənc futbolçuların taktiki düşüncələrini inkişaf etdirməyə zəmin yaratmaqdır. Yarışı klubub prezidenti Riad Rəfiyev, “A” komandanın baş məşqçisi Samir Abbasov da izləyib. Yekunda şahmat məktəbinin direktoru Zeynəb Məmmədyarovaya klubun idman geyimi təqdim edilib.

Tərəflər arasında əməkdaşlığa əsasən, həftənin müəyyən günlərində akademiyanın gənc futbolçularına şahmat dərsləri keçiriləcək.

Həmin kateqoriyadan