“Sumqayıt” Gəncə klubunu qonaq edəcək

Premyer liqanın ilk turunda “Kəpəz” klubu ilə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, dünən komanda “Kapital bank arena”da növbəti məşqini keçirib.

Hazırlıq əsasən toplu çalışmalar və taktiki gedişlər üzərində baş tutub. Təxminən 1.5 saat davam edən çalıçmalarda zədəli futbolçu yer almayıb.

“Sumqayıt” – “Kəpəz” qarşılaşması avqustun 13-də keçiriləcək və saat 21:00-da start götürəcək. Oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan