- Baxış sayı: 26
- 23 Sentyabr 2026 23:52
- Baxış sayı: 161
- Sentyabr 23, 2026
- 0

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Komandamız Özbəkistanın “Nasaf” klubu ilə görüşüb. Qarşılaşma rəqibin qələbəsiylə başa çatıb – 1:0.
“Nasaf” son mövsüm ölkə çempionatını 3-cü pillədə başa vurub. “Kimyaçılar” Antalyada son yoxlama oyununu yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau”ya qarşı keçirəcək.