“Sumqayıt”da seleksiya günləri

“Sumqayıt”ın akademiyasına 6-12 yaş arası futbolçuların seçimi davam edir. Allsport.az saytı xəbər verir ki, 3 həftədir keçirilən seleksiya günlərinə təxminən 70-ə yaxın gənc futbolçu qatılıb.

Mövsüm boyu davam edəcək seçimlərdə məşqçilərin diqqətini cəlb edəcək futbolçular “Sumqayıt”ın akademiyasına cəlb olunacaq.

Seleksiya günləri hər şənbə və bazar günləri, saat 09:00-da “Kapital bank arena”da keçirilir. 6-12 yaş arası futbolçular müraciət edə bilərlər.

Həmin kateqoriyadan