Təbriz klublarından “Göstəriş” xalla döndü, “Traktor-Sazi”nin oyunu təxirə salındı

İran pro liqasında 22-ci turun oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, Təbrizin “Göstəriş” klubu səfərdə “Fulad”la heç-heçə edib – 2:2. “Maşınsazi” doğma meydanda Tehran “Naft”ına 0:2 hesabı ilə yenilib.

Dünya Azərbaycanlılarının sevimlisi “Traktor-Sazi” Məşhəddə eyni adlı komanda ilə oynamalı idi. Amma bu ölkənin şimal-şərq bölgəsinə güclü qar yağdığından, görüş təxirə salınıb

16 komandanın yer aldığı çempionatda “Traktorsazi” 41 xalla 2-cidir. “Göstəriş” 7-ci (30), “Maşınsazi” 16-cıdır (13).

Həmin kateqoriyadan