Təbriz klublarından “Traktor-Sazi” ilə “Göstəriş” xal itirib, “Maşınsazi” qalib gəlib

İran pro liqasında 24-cü turun oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, Təbrizin “Traktor-Sazi” klubu “Fulad”la səfər görüşündə növbəti xal itkisinə məruz qalıb (0:0). 75-ci dəqiqədən etibarən “qırmızılar” azlıqda qalıblar.

Bu şəhərin digər komandası “Göstəriş” evdə eyni hesabla “Səba Batteri” heç-heçə edib. Yarış cədvəlinin alt qatında yer alan “Maşınsazi” Təbrizdə “Sənət-Naft”ı məyus edib – 1:0.

16 komandanın yer aldığı çempionatda “Traktorsazi” 46 xalla 2-cidir. “Göstəriş” 9-cu (31), “Maşınsazi” 16-cıdır (16).

Həmin kateqoriyadan