Tərlan Əhmədov: Hücum futbolu oynanda, təbii ki, qol da buraxmalısan

“Neftçi” Topaz premyer liqasının 22-ci turunda paytaxtda Sumqayıtın eyni adlı komandası ilə 2:2 heç-heçə etdi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Tərlan Əhmədov bunu söyləyib:

“Mükafatçılar sırasına yüksəlmək üçün çalışırdıq ki, 3 xal qazanaq. Komandanın oyunundan razı qaldım, xüsusilə ikinci hissədə yaxşı çıxış etdik. Futbolun gözəlliyi qoldur. Hər 2 komandanın ifasında bunu gördük. Hücum futbolu oynadıq.

Belə olanda, təbii ki, qol da buraxmalısanQarşıda görüşlər var, heç nə itirilməyib. Həm kuboka, həm də çempionat oyunlarına eyni gözlə baxıram. Yay fasiləsində tələskənlik olmasın deyə, indidən transfer çalışmalarına başlamışıq. Müəyyən mövqelərə futbolçu axtarırıq”.

Həmin kateqoriyadan