Tacikistan boksçuları ilə sınaq döyüşləri

Yeniyetmə boksçulardan ibarət Tacikistan millisi Azərbaycanda səfərdədir. Allsport.az saytı xəbər verir ki, qonaqlar Bakı boks mərkəzində komandamızla birgə hazırlıq keçirlər.

Tacikistan boksçuları məşq çərçivəsində Azərbaycan millisinin üzvləri ilə sınaq döyüşlərində də güclərini yoxlayıblar.

Tacikistan yığmasının baş məşqçisi Xurşid Abdullayev ölkəmizdə onlara göstərilən qonaqpərvərlikdən razı qaldığını deyib. Onun sözünə görə, Azərbaycana səfər və buradakı yoldaşlıq döyüşləri komandasında yer alan yeniyetmə boksçulara təcrübə baxımından çox faydalı olacaq.

Həmin kateqoriyadan