Tacikistanın səfirini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 8-də Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlham Abdurəhmanı qəbul edib.

Allsport.az xəbər verir ki, görüşdə gənclər siyasəti və idman sahəsində son illərdə görülən işlər və qazanılan uğurlar barədə məlumat verilib.

Qonaq səmimi qəbula görə təşəkkür edib. Söhbət zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Həmin kateqoriyadan