Tadas Simaitis: “İnter”lə oyunda komanda qələbəyə oynayacaq

“Çempionatın ikinci hissəsi üçün təlim-məşq toplanışını Bakıda keçsək də, hər şey ideal oldu. Bizim üçün yaxşı şərait yaradılmışdı. İstədiyimiz kimi də hazırlaşa bildik”. Allsport.az saytı xəbər verir ki, bu sözü kapazpfc.az-a Gəncə klubunun üzvü Tadas Simaitis deyib. Litvalı qapıçı premyer liqanın qış fasiləsində “Kəpəz”in hazırlığı haqda danışarkən belə söyləyib. O, açıqlamasına bu cür davam edib:

“Türkiyə və ya İspaniyada da olsaydıq, belə hazırlaşacaqdıq. Mən fərq görmürəm. Əsas olan toplanışdan səmərəli yararlanmaqdır. Düşünürəm ki, biz fasilə dövründən güclənməyimiz üçün ən yaxşı şəkildə istifadə edə bildik. Fiziki kondisiyalarımızı artırdıq, taktiki və texniki yöndə məşq etdik, yoxlama oyunları keçirdik. Biz sözlə, təlim-məşq toplanışı uğurlu alındı.

Komandamız premyer liqanın 15-ci turunda “İnter” oyunda qələbəyə oynayacaq. Düzdür, rəqib də eyni məqsəd üçün meydana çıxacaq. Odur ki, bizi qarşıda çətin oyun gözləyir. İlk iki dövrədə onlarla keçirdiyimiz görüşlərdə qalib müəyyənləşməyib. Bakıdakı qarşılaşmada qələbəyə daha çox yaxın idik. Təəssüf ki, artırma dəqiqəsində mənim səhvimdən sonra qapımızda qol gördük və hesab bərabərləşdi. İndi daha yaxşı oynamalıyıq”.

 

Həmin kateqoriyadan