Tahir Gözəl: “Neftçi” həmişə hörmət etdiyim rəqibdir

Dünən “Qarabağ” klubu “Azərsun arena”da “Neftçi” ilə 1:1 hesablı heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, ev sahibi komandasının vitse-prezidenti Tahir Gözəl oyundan sonra KİV-ə açıqlama verib:

“Neftçi”ni təbrik edirəm, qış fasiləsində heyətlərini gücləndirib. Yeni gələn futbolçular da yüksək fiziki göstəricilərə malikdir, bu gün bizə qarşı çox motivasiyalı oynadılar. “Neftçi” həmişə hörmət etdiyim rəqibdir. Bu gün rəqibi belə görmək məni sevindirdi.

Rəqiblərimizin güclənməsi Avropada şansımızın yüksəlməsi anlamına gəlir. Yaxşı oyun oldu, “Qarabağ” da pressinq elədi.  Fikrimcə, sürətli, baxımlı oyun alındı. Meydanda olan futbolçularımız əlindən gələni etdilər, istər yeni transferimiz, istərsə də gənc qapıçımız da özünü yaxşı tərəfdən göstərdi.

Futboldu, həyatdı, Reynaldo getməli idi.  Ona uğurlar arzulayıram. Bununla belə, bu gün bizdə Dino, Dani hücumda çox gözəl oynadı. “Qarabağ” çox çətin oyunlara hazırlaşır. Rəqiblərimiz bizə qarşı ən yaxşı oyunlarını sərgiləyirlər. “Qəbələ”dən cəmi 1 xal irəlidəyik, bu da onu göstərir ki, bizi çətin mövsüm gözləyir”.

Həmin kateqoriyadan