Tayfur Əliyev Rio-2016-ya vəsiqə qazanmağı hədəfləyib

Boksçulardan ibarət millimiz bir ayara gəlib. Allsport.az saytı xəbər verir ki, komandamızı qarşıda cidid sınaqlar gözləyir. Rinq ustalarımız öncə Avropa, sonra dünya çempionatlarında mübarizə aparacaq.

Planetin ən güclülərinin yarışı yığma kollektiv üçün özəl önəm daşıyır. Oktyabrda Qətər paytaxtı Dohada keçiriləcək dünya çempionatı Rio-2016-ya vəsiqə verəcək. 1-ci Avropa Oyunlarında 56 kq-da bürünc medal qazanan gənc boksçu Tayfur Əliyev uğurun davamını gətirmək niyyətindədir.

O, bu istəyini “facebook” səhifəsində bilidirib. Bütün gücünü növbəti 5 ayın hazırlığına yönəldən titullu boksçu, Rio Olimpiadasına lisenziya qazanmağı hədəfləyib.

Həmin kateqoriyadan