- Baxış sayı: 33
- 22 İyun 2026 15:42
- Baxış sayı: 66
- İyun 26, 2026
- 0

Boks millimiz Tokio-2020 yay olimpiya oyunlarına ilk lisenziyasını qazanıb. Allsport.az xəbər verir ki, Tayfur Əliyev (57 kq) bu hüquqa yiyələnib.
23 yaşlı idmançı Londonda keçirilən Avropa olimpiya təsnifat turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub.
O, 1/8 finalda Edqaras Skurdelisdən (Litva) üstün olub. Rəqibi ilk hissədə zədələndiyindən döyüşü davam etdirə bilməyib və Əliyev qalib elan olunub.
Yarış gecə seansından sonra dayandırılacağından 1/4 final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq.