- Baxış sayı: 61
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Əfsanəvi amerikalı boksçu Mayk Tayson ukraynalı Vasili Lomaçenko ilə amerikalı Devin Haney arasında keçirilən yüngül çəkidə titul döyüşündən danışıb.
Allsport.az xəbər verir ki, mayın sonunda Lomaçenko Haneyə uduzdu və bu, boks ictimaiyyətində çoxlu mübahisələrə səbəb oldu.
“Lomaçenko çempionluq kəmərlərini qazanmaq üçün kifayət qədər çalışmadı. Haney yaxşı döyüşdü və qazandı” – Tayson dedi.
Vasili Lomaçenko peşəkar boksda keçirdiyi 19 döyüşdə 3-cü məğlubiyyət alıb. Devin Haney isə 30 döyüşdə heç məğlub olmayıb.