Tayson – Yemelyanenko döyüşü baş tutacaqmı?

Rusiyalı MMA promouteri Vadim Finkelşteyn, həmyerlisi Fyodor Yemelyanenko ilə məşhur amerikalı boksçu Mayk Tayson arasında mümkün döyüş barədə fikirlərini bölüşüb. Allsport.az saytı xəbər verir ki, bundan öncə rusiyalı əfsanə “dəmir Mayk” ilə boks qaydalarına uyğun döyüşmək arzusunu bildirmişdi. Sitat:

“Tayson artıq oğlan deyil (təbəssümlə), onun 57 yaşı var. Sözsüz ki, öz təsirini göstərir. Döyüşün maraqlı olacağını düşünürəm, ona baxmaq istərdim. Bu, bir növ döyüşün Konor Makqreqor (MMA döyüşçüsü) və Floyd Meyvezerin (boksçu) davamı olacaq. Hamısı Fyodorun döyüşə necə hazırlaşmasından asılıdır.

Onun boks texnikası klassik deyil, bir az yöndəmsizdir və bu, onun əlində oynaya bilər. Həmişə daha pis deyil, bəlkə də daha yaxşı. Rəqiblərin imkanları çox güman ki, əlli-əllidir”.

Həmin kateqoriyadan