Tellur Mütəllimov: Qol anında, top düz qarşıma düşdü

“Qəbələ” Premyer liqasının 21-ci turunda “İnter”i 2:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki,  “qırmızı-qaralar”ın ilk qolunu klubun yetirməsi Tellur Mütəllimov vurub. 22 yaşlı müdafiəçi qarşılaşma və qolu haqda fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Çətin oyun alındı. Çox sevinirəm ki, belə bir matçda qalib gəldik. Qələbə qazanmağımızda əməyim olduğu üçün şadam. Çalışacağam ki, daim yaxşı oynayım. Həm oyunum, həm də vuracağım qollarla komandamıza kömək edim.

Bu, “Qəbələ”nin əsas heyətində 2-ci qolum idi. Qol epizoduna gəlincə isə bilirəm ki, bəzən belə hallarda qapıçılar səhv edir. Yenə xətanın olmasını gözləyirdim. Elə oldu ki, top da düz qarşıma düşdü. Mən də imkandan yararlanıb boş qapını nişan aldım”.

Həmin kateqoriyadan