VİDEO
Titullu boksçumuz rəfiqəsinin paltarını geyindi, başına hörük taxaraq təlxəylik etdi

Boks millimizin qalmaqallı üzvü Lorenso Sotomayor yenidən gündəmə gəlib. Allsport.az saytının məlumatına görə, olimpiya mükafatçısı sosial şəbəkədə yayılan videoda heç də normal təsir bağışlamayıb. O, görüntüdə transseksualı xatırladıb.

Rəfiqəsi ilə yerində rəqs edən Kuba əsilli idmançı, sonra onun paltarını geyinib, başına hörük taxaraq oyun çıxarıb. Maraqlıdır ki, qarşı tərəf də Lorensonun geyimini geyinib. Cütlük bir-biri öpməkdə yarışıb. Özünü biədəb göstərən Sotomayorun arxasına tanışı hətta sillə vurub. Boksçumuz haqqında idman ictimaiyyətində müxtəlif söhbətlər dolaşır. 

Rio-2016 olimpiadasının gümüş mükafatçısı, Bakı-2015 qitə oyunlarının qızıl və Minsk-2019-un bürünc medalçısı hələ Tokio-2020-yə lisenziya qazanmayıb. Millimizdən bu sevinci hələlik Tayfur Əliyev (57 kq) yaşayıb. Maraqlıdır, belədə, Kuba əsilli boksçunun Azərbaycanda nə işi var? O, yurd içində nəyi təbliğ edir?

Yığmamızda onun 2 həmyerlisi var: Alfonso DomingesOsnay Benkomo. Boksçular daim Fəvvarələr meydanında dolaşır. Xeyli vaxtdır ölkəmizdə yaşayan Alfonso barədə də xoş danışılmır. Lorenso Sotomayor isə, uzun illərdir ipə-sapa yatmır. Yayılan xəbərə görə, bu idmançılar ölkəmizdə digər idman növlərində olan gəlmə latın amerikalılarla içki məclisləri də təşkil edirlər.

Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.

Həmin kateqoriyadan